Türkiyə Yisrael Katzın paylaşımına reaksiya verdi

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli rəsmi ''X'' internet səhifəsində Yisrail Katzın paylaşımına münasibət bildirib

Türkiyə İsrailin xarici işlər naziri Yisrael Katzın paylaşımına reaksiya verdi.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli rəsmi ''X'' internet səhifəsində Yisrail Katzın paylaşımına münasibət bildirib.

Öncü Keçəli paylaşımında bu ifadələrə yer verib: ''Müzakirəçiləri öldürməklə və diplomatları təhdid etməklə sülhə nail ola bilməzsiniz".

Qeyd edək ki, Yisrail Katz rəsmi internet səhifəsində Türkiyənin İranda süi-qəsd nəticəsində öldürülən ''Həmas''ın başçısı İsmayıl Haniyə ilə əlaqədar matəm elan etməsindən sonra Türkiyənin Tel-Əvivdəki səfirliyindəki türk bayrağının yarıyadək endirilməsi ilə bağlı diplomatları hədəf alan paylaşımlar etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə