Türkiyə Yisrael Katzın paylaşımına reaksiya verdi

2 Avqust 2024 19:15 (UTC+04:00)

Türkiyə İsrailin xarici işlər naziri Yisrael Katzın paylaşımına reaksiya verdi.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli rəsmi ''X'' internet səhifəsində Yisrail Katzın paylaşımına münasibət bildirib.

Öncü Keçəli paylaşımında bu ifadələrə yer verib: ''Müzakirəçiləri öldürməklə və diplomatları təhdid etməklə sülhə nail ola bilməzsiniz".

Qeyd edək ki, Yisrail Katz rəsmi internet səhifəsində Türkiyənin İranda süi-qəsd nəticəsində öldürülən ''Həmas''ın başçısı İsmayıl Haniyə ilə əlaqədar matəm elan etməsindən sonra Türkiyənin Tel-Əvivdəki səfirliyindəki türk bayrağının yarıyadək endirilməsi ilə bağlı diplomatları hədəf alan paylaşımlar etmişdi.