Maduro Maskı döyüşə çağırıb...

...və milyarder çağırışı qəbul edib

Bu arada Venesuela liderı(?) Nikolas Maduro amerikalı iş adamı İlon Maskı özünün “yeni and içmiş düşməni” adlandırıb və onu döyüşə çağırıb.

...Və maraqlıdır ki, milyarder də çağırışı qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “New York Post” yazır.

Qeyd edək ki, "Tesla" sahibi onu Venesueladakı prezident seçkilərini saxtalaşdırmaqda ittiham etdikdən sonra əsəbləşən Nikolas Maduro televiziyada İlon Maska "xox" gələrək, onu davaya çağırıb.

Onu da qeyd edək ki, Mask sosial şəbəkələrində “venesuelalılar Maduronun kommunist diktaturasına son qoymaq qərarına gəldiklərini” yazıb və diktatoru məğlubiyyətini etiraf edib vəzifəsindən istefa verməyə çağırıb.

Maskın paylaşımları Maduronun özünün də diqqətini çəkib. O, milli televiziyada milyarderi Venesuela üçün təhlükə adlandırıb və onunla cəngə girməyə hazır olduğunu deyib.

…Sosial şəbəkələr virtual reallıq yaradır, bəs virtual reallığa kim nəzarət edir? Bizim yeni and içmiş düşmənimiz, məşhur İlon Mask!

Bunu Maduro deyib və əlavə edib ki, “döyüşmək istəyirsən?” Gəl döyüşək, Elon Mask, mən hazıram, səndən qorxmuram”. O da maraqlıdır ki, Maduro Maskı döyüşün yerini özü seçməyə dəvət edib.

…Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Müstəqil müşahidələr göstərib ki, seçicilərin yarıdan çoxu müxalifətin namizədi Edmundo Qonzalesə səs verib. Ölkəni kütləvi etirazlar bürüyüb və dünya ictimaiyyətinin əhəmiyyətli bir hissəsi, o cümlədən Venesuelanın Latın Amerikasındakı qonşularının əksəriyyəti seçkinin rəsmi elan edilmiş nəticələrini tanımayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə