ABŞ və İraq arasında əməkdaşlıq danışıqları aparılır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ və İraq rəsmilərinin təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etmək üçün görüşdüyünü açıqlayıb

Amerika Birləşmiş Ştatları və İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq danışıqları aparılır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ və İraq rəsmilərinin təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etmək üçün görüşdüyünü açıqlayıb.

Pentaqonun sözçüsü general-mayor Pat Rayder jurnalistlərə açıqlamasında bildirib ki, Pentaqon 2024-cü il ABŞ-İraq Birgə Təhlükəsizlik Əməkdaşlıq Dialoquna (JSCD) ev sahibliyi edir. Görüşlər bu gün və sabah davam edəcək.

Pat Rayder ABŞ-İraq Birgə Təhlükəsizlik Əməkdaşlıq Dialoqunun ABŞ prezidenti Co Bayden ilə İraqın Baş naziri Məhəmməd Şii əl-Sudani arasında aprel ayında baş tutan görüşdən sonra yaradılan Ali Hərbi Komissiyanın (HMC) fəaliyyətləri nəticəsində başladığını söylədi.

Pat Rayder həmçinin tərəflərin İraqda terror təşkilatı DEAŞ-a qarşı qlobal koalisiyanın missiyasının nə vaxt və necə sona çatacağını və nizamlı şəkildə daimi ikitərəfli təhlükəsizlik tərəfdaşlığına necə keçiləcəyini müzakirə edəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə