Amerika Birləşmiş Ştatları və İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq danışıqları aparılır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ və İraq rəsmilərinin təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etmək üçün görüşdüyünü açıqlayıb.
Pentaqonun sözçüsü general-mayor Pat Rayder jurnalistlərə açıqlamasında bildirib ki, Pentaqon 2024-cü il ABŞ-İraq Birgə Təhlükəsizlik Əməkdaşlıq Dialoquna (JSCD) ev sahibliyi edir. Görüşlər bu gün və sabah davam edəcək.
Pat Rayder ABŞ-İraq Birgə Təhlükəsizlik Əməkdaşlıq Dialoqunun ABŞ prezidenti Co Bayden ilə İraqın Baş naziri Məhəmməd Şii əl-Sudani arasında aprel ayında baş tutan görüşdən sonra yaradılan Ali Hərbi Komissiyanın (HMC) fəaliyyətləri nəticəsində başladığını söylədi.
Pat Rayder həmçinin tərəflərin İraqda terror təşkilatı DEAŞ-a qarşı qlobal koalisiyanın missiyasının nə vaxt və necə sona çatacağını və nizamlı şəkildə daimi ikitərəfli təhlükəsizlik tərəfdaşlığına necə keçiləcəyini müzakirə edəcəklərini bildirib.