Bayden dostları və müttəfiqlərindən məyus olub...

...Hətta ABŞ prezidenti Cozef Baydenin dostları belə onun prezident seçkilərində respublikaçı Donald Tramp üzərində qələbəsinə inanmırlar.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə şənbə günü Qərb mediasına istinadən yazıb.

Qeyd edildiyi kimi, Bayden müttəfiqlərindən məyus olub. ...Bayden şəxsən ondan üz döndərən demokratlardan, o cümlədən ən yaxın dostlarından və müttəfiqlərindən bəzilərindən məyusdur.

Bunu amerikalı jurnalist yazıb.

Bundan əvvəl Demokratlar Partiyasındakı mənbələr Cozef Baydenin seçkilərdə namizədliyini geri götürməyi planlaşdırdığını bildirmişdilər.

Bu, iyulun 21-də baş verə bilər..?

Eyni zamanda, qeyd edildiyi kimi, Bayden vitse-prezidenti Kamala Harrisi Demokratlar Partiyasından yeni namizəd kimi şəxsən irəli sürmək niyyətində deyil.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə