Polşa F-16 qırıcılarını Ukraynaya vermək istəmir..?

...Polşa F-16 qırıcılarını Ukraynaya təhvil vermək niyyətində deyil.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə PAP agentliyinə respublikanın Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, Polşa Nazirlər Kabineti NATO-nun digər müttəfiqlərindən F-16 qırıcılarının Ukraynaya çatdırılmasına yardım da daxil olmaqla, “logistika məsələləri ilə” bağlı qərar qəbul edib.

İyulun 19-da Zelenski X-də (keçmiş Twitter) yazıb ki, Polşa F-16 qırıcılarının Ukraynaya çatdırılmasını sürətləndirmək barədə qərar qəbul edib.

Ukrayna lideri Polşa tərəfinin qərarı ilə bağlı təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Polşanın xidmətində 48 belə qırıcı var. 2023-cü ildə ölkə hakimiyyəti dəfələrlə bəyan edib ki, onların bir hissəsini Kiyevə köçürmək planları yoxdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə