Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk terrorla mübarizə əməliyyatlarını qiymətləndirib

Türkiyənin Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlar nəticəsində son iki həftədə 89 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında terrorla mübarizə əməliyyatlarına toxunaraq deyib: ''Həyata keçirilən əməliyyatlar nəticəsində son iki həftədə 89 terrorçu zərərsizləşdirilib. Beləliklə, 2024-cü il yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı 1270-ə çatıb".

Bütün xəbərlər Facebook səhifəmizdə