Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

27 İyun 2024 17:57 (UTC+04:00)

Türkiyənin Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlar nəticəsində son iki həftədə 89 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında terrorla mübarizə əməliyyatlarına toxunaraq deyib: ''Həyata keçirilən əməliyyatlar nəticəsində son iki həftədə 89 terrorçu zərərsizləşdirilib. Beləliklə, 2024-cü il yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı 1270-ə çatıb".