Makron Rusiyadakı hərbi obyektlərə hücum icazəsi istəyir...

Ancaq bir nüans var..?

...Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə Rusiyada atəş açılan hədəflərə zərbələr endirmək imkanı verilməlidir.

...Biz hesab edirik ki, Ukraynaya Rusiya ərazisindəki hərbi obyektləri məhv etməyə icazə verməlidir. Çünki oradan raketlər atılır və Ukrayna ərazisi atəşə tutulur. Amma bununla yanaşı, ukraynalıların Rusiyadakı başqa hədəflərə zərbə endirmək hüququ verilməməlidir..?

SİA-nın əldə etdiyi məlumata görə, Makron bunu Almaniya kansleri Olaf Şolzla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, hazırda Qərbdə Ukraynaya Qərb silahlarından Rusiya daxilindəki hərbi hədəflərdə istifadə etmək hüququnun verilməsi ilə bağlı fəal müzakirələr gedir.

Mayın 22-də məlum olub ki, bir qrup amerikalı konqresmen müvafiq tələblə Pentaqonun rəhbəri Lloyd Ostinə müraciət ediblər.
Müraciətdə qanunvericilər, Xarkov vilayətində gedən döyüşlər fonunda Bayden administrasiyasının Ukrayna tərəfinin Amerika silahları ilə rus qoşunlarını dəf etmək imkanlarını məhdudlaşdırdığını qeyd ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə