Dərbənd küçələrindən birində insident...

...Atışma Dərbəndin küçələrindən birində gündüz saatlarında baş verib.

SİA xəbər verir ki, Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə ötən cümə günü, aprelin 19-da Puşkin küçəsində qeydə alınıb.

...Polis müəyyən edib ki, münaqişə zamanı 28 yaşlı Dərbənd sakini 39 yaşlı yerli sakinə qarşı travmatik tapançadan atəş açaraq aradn çıxıb.

Atəş açan şəxs qara rəngli “Lexus LX570” markalı avtomobillə hadisə yerini tərk edə bilsə də, bir neçə saat sonra o, saxlanılaraq əlavə araşdırma üçün polis şöbəsinə aparılıb. ...Zərərçəkmiş isə xəstəxanaya çatdırılsa da amma vəziyyəti barədə dəqiq məlumat verilməyib. Hazırda polis atışmanın bütün şəraiti və səbəblərini araşdırır.

Və yeri gəlmişkən, ötən gün Çeçenistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Dağıstanda sərt şəkildə saxlanılıb. Ramzan Kadırov hadisəni “biabırçı təxribat” adlandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə