İsrael Katz Ərdoğanın HƏMAS ilə danışıqlarını “utanc” adlandırıb

...İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşünü “utanc” adlandırıb.

SİA xəbər verir ki, bu barədə “The Times of Israel” Katzın X sosial şəbəkəsindəki yazısına istinadən məlumat yayıb.

...Katz HƏMAS-ı Rusiyada fəaliyyəti qadağan edilən “Müsəlman Qardaşlar” terror təşkilatı ilə əlaqələndirib.

Xatırladaq ki, Şənbə günü Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İstanbula səfər edib. Ərdoğan onu Dolmabaxça sarayında qəbul edib.

Türkiyə mətbuatı yazır ki, siyasətçilər Qəzza zolağındakı vəziyyəti, humanitar yardımın çatdırılmasını və atəşkəs rejimini müzakirə ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə