İsrail GPS siqnallarını tıxanmağa başladıb

İranın İHA hücumlarının qarşısını almaq üçün

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqari bildirib ki, İsrail ordusu İran PUA-larının hücumunun qarşısını almaq üçün ölkənin bir neçə bölgəsində GPS naviqasiya sistemindən gələn siqnalları tıxanmağa başlayıb.

...İsrail Müdafiə Qüvvələri və İsrail Hərbi Hava Qüvvələri əvvəlcədən hazırladığımız planı həyata keçirir. Bu hazırlıq işlərinin bir hissəsi olaraq, GPS xidmətləri müəyyən ərazilərdə mövcud olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti Daniel Həqarinin sözlərini sitat gətirir.

Bundan əvvəl “Al Mayadeen” İranın İsrailə hipersəs raketləri atdığını bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə