İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin hücumlarından qaçan 1,5 milyon fələstinlinin sığındığı cənubdakı Rəfaha hücum üçün tarixin təyin olunduğunu bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Benyamin Netanyahu rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bildirib.
Qəzzadakı əsirləri azad etməyi və "Həmas'' üzərində qələbəni hədəflədiklərini ifadə edən Benyamin Netanyahu bunun üçün Rəfaha hücumun zəruri olduğunu irəli sürüb.
Benyamin Netanyahu İsrailin hücumları səbəbindən yurd-yuvalarından didərgin düşən 1,5 milyon insanın sığındığı Rəfaha quru hücumu ilə bağlı deyib: "Bu baş verəcək, bir tarix var''.
Dünən İsrailin müdafiə naziri Yoav Qallant ordunun Qəzzanın cənubundakı Xan Yunisdən cənubdakı Rəfaha hücuma hazırlıq məqsədilə çəkildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB