Tacik "əlavə qüvvə" çağırıb?

Deyirsən, ruslar yazrlarsa,..inanaq?

“Crocus City Hall”-da terror aktını birbaşa törətməkdə təqsirləndirilən şəxslərdən biri əlavə pul müqabilində qayınatasını Moskvaya çağırmağa cəhd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Mash Telegram kanalı xəbər verir.

Nəşrin yazdığına görə, Fariduni Şəmsidin (terrorçular və ekstremistlər siyahısına daxildir) terror aktından iki gün əvvəl Tacikistandakı qohumuna zəng edərək onu təcili olaraq Rusiyaya gəlməyə çağırmağa başlayıb, orada onun üçün hansısa “gəlirli iş” var deyib.

Guya yaxınlarının dediyinə görə, o, təfərrüatları açıqlamaqdan imtina edərək, onları yalnız görüşdükdə açıqlayacağını vəd edib.

Qayınata belə bir təklifdən imtina edib.

...25 yaşlı Şəmsidinin yaxınlarının izah etdiyi kimi, onun 7 illik təhsili var. 2015-ci ildən 2020-ci ilə qədər cinsi təcavüzə görə cəza çəkib. Daha sonra ailəsi ilə birlikdə Rusiyaya köçüb və yaşadığı Moskva vilayətində qeydiyyatda olub.

...Təbii ki, hazırda bəzi ruslar nə yazdıqlarını özləri də yaxşı qanırlar, amma neyləməlidirlər...yuxarının göstərişidir..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə