Zambiyada quraqlıq səbəbilə milli fəlakət elan edilib

Zambiya prezidenti Hakainde Hiçilema ölkə daxilində baş verən quraqlıq səbəbindən milli fəlakət və fövqəladə vəziyyət elan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təxminən 1 milyon hektar kənd təsərrüfatı sahəsinə ziyan dəymiş quraqlıq səbəbindən milli fəlakət və fövqəladə vəziyyət elan edilib. Beynəlxalq tərəfdaşları humanitar yardıma çağıran Hiçilema, iqtisadiyyatı və sənayeni ayaqda saxlamaq üçün hidroelektrik qaynaqlarındakı itkini enerji idxalı ilə ödəyəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə