Navalninin dəfn olunacağı tarix BƏLLİ OLDU

Navalninin dəfn olunacağı tarix BƏLLİ OLDU

Rusiyada həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalninin təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov Navalninin dəfn mərasiminin martın 1-də keçiriləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Jdanov bu gün verdiyi açıqlamada bildirib ki, dəfn mərasimi əvvəlcə fevralın 29-na planlaşdırılıb, lakin “qəbri qazmağa kimsə olmadığına görə” martın 1-nə keçirilib.

Bildirilib ki, Navalninin dəfn mərasimi yerli vaxtla saat 14:00-da Rusiyanın paytaxtı Moskvanın Cənub-Şərqi İnzibati Dairəsinə daxil olan Maryino şəhərindəki İkonu kilsəsində keçiriləcək və daha sonra Borisov qəbiristanlığında dəfn olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə