Rusiyada ukraynaca şeirlər oxumaq omaz..?

18 yaşlı Sankt-Peterburqlu qız Petroqradski rayonundakı abidəyə ukraynaca şeirlər yazılmış plakat yapışdırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda bununla əməliyyatçılar məşğul olur.

Qeyd olunur ki, hadisə fevralın 24-də baş verib. O, Ordinarnaya küçəsi ilə Malı prospekti arasında quraşdırılan abidəyə plakat yerləşdirib.

Araşdırma zamanı polis müəyyən edib ki, bu, şəhər sakininin ilk əməli deyil.

Belə ki, əvvəllər o, Rusiya ordusunu nüfuzdan saldığına görə artıq mühakimə olunub - keçən ilin sonunda o, 30 min rubl cərimələnib.

İndi o, təkrar qanun pozuntusuna görə cinayət işinə cəlb oluna bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə