Bosniya Herseqovinanın ən yaxın dostu

Bosniya və Herseqovina Təhlükəsizlik Araşdırmaları Mərkəzi ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesi, bosniyalılar hansı ölkəni ən yaxın dost kimi görür, digər suallardan ibarət sorğu təşkil edib

Bosniya Herseqovinada aparılan sorğunun nəticəsinə əsasən, bosniyalılar Türkiyəni ölkənin ən yaxın dostu kimi görürlər.

SİA-nın əldə etdiyi məlumata görə, Bosniya və Herseqovina Təhlükəsizlik Araşdırmaları Mərkəzi ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesi, bosniyalılar hansı ölkəni ən yaxın dost kimi görür, digər suallardan ibarət sorğu təşkil edib. Sorğuda iştirak edənlərin 44 faizi Bosniya Herseqovinanın ən mühüm strateji xarici siyasət marağının Aİ-yə və NATO üzvlük olduğunu bildiriblər. O cümlədən bosniyalı iştirakçıların 59 faizi Türkiyənin Bosniya Herseqovinanın ən yaxın dostu olduğunu qeyd ediblər.

Sorğuda iştirak edənlərin 42 faizi ölkədə iğtişaş və müharibə ehtimalının olmadığını bildirib. İştirakçıların 55 faizi bosniyalı, 10 faizi serb, 9 faizi xorvat, 12 faizi isə digərləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə