Eldar Səfərov Minskdə həbs oluna bilər

Belarus Baş Prokurorluğunun keçmiş şöbə müdiri Minskdə həbs edilib?

Belarus Baş Prokurorluğunun dövlət ittihamının təmin edilməsi şöbəsinin keçmiş rəhbəri Eldar Səfərov Minskdə həbs oluna bilər.

Deyilənlərə görə, onunla birlikdə həyat yoldaşı və oğlu da həbs oluna bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər Belarusun təhlükəsizlik güclərindəki mənbələrə istinadən bildirilir. Həbs məlumatları yoxlanılmalıdır.

Məlumdur ki, Eldar Səfərov 2020-ci ildə məhkəmədə siyasi ittihamları dəstəkləməkdən imtina edərək prokurorluqdan istefa verib.

Qeyd edilir ki, Eldar Səfərovla bağlı məlumatlar bütün rəsmi saytlardan birdən-birə yoxa çıxıb.

P.S: SİA-nın belaruslu hüquq işçisi barədə araşdırmasında onun tatar olduğunu müəyyən edə bildi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə