Belarus Baş Prokurorluğunun dövlət ittihamının təmin edilməsi şöbəsinin keçmiş rəhbəri Eldar Səfərov Minskdə həbs oluna bilər.
Deyilənlərə görə, onunla birlikdə həyat yoldaşı və oğlu da həbs oluna bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər Belarusun təhlükəsizlik güclərindəki mənbələrə istinadən bildirilir. Həbs məlumatları yoxlanılmalıdır.
Məlumdur ki, Eldar Səfərov 2020-ci ildə məhkəmədə siyasi ittihamları dəstəkləməkdən imtina edərək prokurorluqdan istefa verib.
Qeyd edilir ki, Eldar Səfərovla bağlı məlumatlar bütün rəsmi saytlardan birdən-birə yoxa çıxıb.
P.S: SİA-nın belaruslu hüquq işçisi barədə araşdırmasında onun tatar olduğunu müəyyən edə bildi.
Nazlı