Kuzbass sakini hərbi komissarlığı yandırmaqda şübhəli bilinir...

...Anjero-Sudjenskdə hərbi komissarlığın yandırılmasında şübhəli bilinən 41 yaşlı yerli sakin saxlanılıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə departamentinin mətbuat xidməti xəbər verir ki, ona qarşı əmlaka qəsdən ziyan vurma maddəsi ilə iş açılıb.

Müstəntiqlərin bildirdiyinə görə, qadın hərbi komissarlığa içərisində alışan maye olan qabla gələrək onu pəncərədən içəri atıb. Məlumata görə, xəsarət alan və dağıntı qeydə alınmayıb.

Saxlanılan şəxsin sözlərinə görə, o, guya messencer vasitəsilə naməlum şəxslərdən zəng alıb. Belə ki, zəng edənlər özlərini bank işçisi kimi təqdim edərək qadını onun üçün kredit verildiyini, fırıldaqçılar isə sənədləri hərbi komissarlıqda saxladıqlarına inandırdıqdan sonra yanğın törətmək qərarına gəlib.,

Yeri gəlmişkən 2023-cü ilin yayında Rusiyanın müxtəlif bölgələrinin sakinlərinin telefon fırıldaqçılarının tələbi ilə hərbi komissarlıqların binalarını yandırmağa cəhd etməsi ilə bağlı onlarla hadisə məlum olub. Bəzi hallarda onlar özlərini Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları kimi təqdim edərək, tələblərini yerinə yetirmədikləri təqdirdə insanları həbs cəzası ilə hədələyiblər. Yanğın törətməkdə şübhəli bilinən şəxslər buna inanaraq “Molotov kokteyli” ilə hərbi komissarlığın binalarına doğru yürüş ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə