Bu arada Ər-Riyad İrana söz verib ki, Tehran müttəfiq regional qrupların İsraillə HƏMAS hərəkatı arasında münaqişəni gərginləşdirməsinə mane olarsa, onunla iqtisadi əməkdaşlığı artıracaq...

SİA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

...Səudiyyə Ərəbistanı İrana regional vəkillərinin İsrail-Həmas müharibəsini daha geniş münaqişəyə çevirməsinə mane olarsa, sanksiyalardan zərər çəkmiş iqtisadiyyatına sərmayə və əməkdaşlığı gücləndirmək təklifi təqdim edib.

Bunu agentlik bildirib.

...Məsələ ilə tanış olan ərəb və Qərb rəsmilərinin dediyinə görə, İran bu təklifi birbaşa və müxtəlif kanallar vasitəsilə alıb

Bunu da “Bloomberg” açıqlayır

Mənbələr qeyd ediblər ki, dövlətlər arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi ideyası noyabrın əvvəlində Ər-Riyadda keçirilən görüşdə İran prezidenti İbrahim Rəisi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın görüşündə də səsləndirilib.

Lakin rəsmi Tehranın Ər-Riyadın əməkdaşlığı inkişaf etdirmək təklifini nə dərəcədə ciddi qəbul etdiyi məlum deyil.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə