Rusiya bu təşkilatın İcra Şurasındakı yerini itirdi

Rusiya bu təşkilatın İcra Şurasındakı yerini itirdi

Rusiya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının icraçı şurasındakı yerini itirib. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına üzv ölkələrin Haaqada keçirilən 28-ci konfransında keçirilən səsvermədə Rusiya tələb olunan 66 səsi toplaya bilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, Şərqi Avropanı Polşa, Litva və Ukrayna təmsil edəcək.

TASS-ın verdiyi məlumata görə, konfransda Rusiya sənaye və ticarət nazirinin müavini Kirill Lisoqorski bildirib ki, ABŞ və onun həmfikirləri Rusiyanı OPCW İcra Şurasından çıxarmağa çalışırlar”. Bu prosesin tərkib hissəsi kimi, o qeyd edib ki, “Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Şərqi Avropa qrupunda Vaşinqton və Brüsselin göstərişi ilə NATO və Avropa İttifaqının hərbi-siyasi maraqlarına tabe olan 18 dövlətdən ibarət anti-Rusiya lobbisi yaradılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə