Ata və oğul tibb işçilərini döyüb

Türkiyədə təcili yardım maşınının qarşısını kəsib tibb işçilərini döyüblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, tibb işçilərini döyən ata və oğul sərbəst buraxılıb.

Dünən axşam saatlarında Maltepe Mahallesi Ahmet Yakupoğlu küçəsində içkili şəxsin pilləkənlərdən yıxıldığı barədə məlumat daxil olub. Tibb işçiləri əvvəl səhv ünvana gediblər. Daha sonra isə yıxılan şəxsin başqa küçədə yaşadığı məlum olub. Ora getmək üçün tibb işçiləri avtomobilə yaxınlaşarkən qarşılarını iki nəfər kəsib. Onlar səhiyyə işçilərini təhqir edib. Ata və oğlu olduğu müəyyən edilən şəxslər dəmir çubuqlarla tibb işçilərinə hücum edib, onları döyüblər. Daha sonra hadisə yerindən qaçan şübhəlilər əraziyə gələn polis qrupları tərəfindən tutularaq nəzarətə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə