Moskvada söküntü zamanı insan qalıqları tapılıb

Moskvada keçmiş restoranın yerində yeraltı kommunikasiyaların sökülməsi zamanı insan kəllələri və sümükləri aşkar edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tapıntıların ölüm müddəti ilkin olaraq 20-30 il qiymətləndirilir.

Bu barədə Moskva Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, söküntü 1-ci Setunski proezdində özəl qeyri-yaşayış binasının kommunikasiyalarında aparılmışdır.

3,5 metr dərinlikdə aparılan qazıntılar zamanı işçilər 10 kəllə, ən azı 10 kəllə parçası, eləcə də onlarla başqa insan sümükləri aşkar ediblər. Qalıqların dəqiq kimə aid olduğu hələlik məlum deyil. Prokurorluq araşdırmaya başlayıb, məhkəmə-tibbi ekspertizası keçiriləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə