Yekaterinburq məktəblilərinin valideynləri sinif rəhbərlərindən WhatsApp və Telegram-dan istifadəni dayandırmaq üçün bildirişlər almağa başlayıblar. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli “e1.ru” portalı məlumat yayıb.
Mətbuat yazır ki, müəllimlərə sözügedən messencerlərdən şagirdlərin valideynləri ilə ünsiyyət vasitəsi kimi istifadə etmək qadağan edilib. Onlara kağız gündəliyindən istifadə edərək ünsiyyət qurmaq təklif olunur.
Portalın məlumatına görə, messencerlərdə rabitə oktyabrın 1-dən dayandırılacaq. Nəşr iddia edir ki, Tera məktəb rabitəsini VKontakte və Sferum tərəfindən hazırlanmış yerli platformaya köçürmək üçün həyata keçirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə