Şadlıq sarayında yanğın baş verib

İraqın şimalındakı Neynəva əyalətinin Həmdaniyyə bölgəsində yerləşən şadlıq sarayında baş verən yanğında azı 100 nəfər həyatını itirib. Onların arasında bəylə gəlinin olub-olmadığı hələlik məlum deyil. SİA İraqın "İNA" xəbər agentliyinə istinadən xəbər verir ki, yanğın zamanı 150 nəfər xəsarət alıb.

Mosul səhiyyə müdir müavini isə Əhməd Həmdani yaralıların sayını 500 nəfər olaraq açıqlayıb.

Yanğından sonra 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ölkədə 3 günlük milli matəm elan edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə