İngilis nazir Ukraynanı uzaq mənzilli raketlərlə təmin etməyə çağırıb

Ben Uolles ingilis raketlərini bir xeyli də tərifləyib
İngilis nazir Ukraynanı uzaq mənzilli raketlərlə təmin etməyə çağırıb

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Storm Shadow” uzaqmənzilli raketlərinin Ukraynadakı müharibənin gedişinə təsirini şərh edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “EuroPravda” xəbər verir ki, ingilis nazir Ukrayna Silahlı Qüvvələrinə “Storm Shadow” raketlərinin verilməsi “döyüş meydanına mühüm təsir göstərib”-dey’ bildirib.

Nazirin dediyinə görə, bu silahların dəqiqliyi və ukraynalıların nəzərdə tutduqları kimi hədəfləri effektiv şəkildə vurmaq bacarığı demək olar ki, səhvsizdir.

Ben Uolles, “Storm Shadow”dan istifadənin rus işğalçılarının maddi-texniki təminatına və əməliyyat-taktiki nəzarətinə də təsir etdiyini diqqətə çatdırıb.

“Bu, dərin arxa cəbhəni məğlub etməyin vacibliyini göstərir və biz tərəfdaşları Ukraynanı uzaq mənzilli sistemlərlə təmin etməyə çağırırıq”, - deyə ringilis nazir bildirib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl ingilis nazir ölkəsinin 17 min Ukrayna Silahlı Qüvvələri əsgəri üçün təlim keçdiyini və 2022-2023-cü illərdə Ukraynaya 2,3 milyard funt sterlinqdən çox hərbi yardım göstərdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə