400-dən çox meşə yanğınının aktiv şəkildə davam etdiyi Kanadadan çıxan tüstü ABŞ-ın bir çox ştatlarında havanı çirkləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, tüstü basmış Nyu Yorkda 1 milyon pulsuz N95 maskası paylanılıb. Havanın keyfiyyətinin aşağı düşdüyü Pensilvaniya, Nyu-Cersi, Miçiqan, Nyu-York, Vaşinqton və Alyaskanın bəzi yerlərində “qırmızı xəbərdarlıq” elan edilib.

Nyu Yorkda havanın keyfiyyətinin qəfil dəyişməsi kameralara əks olunub. Şəhər 2 saat ərzində tünd narıncı buluda sarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə