ABŞ-nin paytaxtı Vaşinqtonda partlayış səsləri eşidilib. SİA xəbər verir ki, hadisə ilə bağlı ABŞ Federal Aviasiya Administrasiyası (FAA) açıqlama verib.
Bildirilib ki, Virciniya ştatında "Cessna Citation" biznes təyyarəsi qəzaya uğrayıb.
Qeyd edilib ki, təyyarə Virciniya ştatının cənub-qərbində dağlıq əraziyə çırpıldıb.
Bir gün əvvəl Amerika paytaxtının sakinləri gün ərzində böyük bir ərazidə gurultu eşitdiklərini bildiriblər. Vaşinqtondakı yanğınsöndürmə və daxili təhlükəsizlik rəsmiləri şəhərdə hər hansı insidentlə bağlı xəbərləri təkzib ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə