İrəvanda keçirilən Avropa çempionatının qalmaqallı açılış mərasiminin Azərbaycan bayrağını yandıran təşkilatçılarından biri “istefa” verib.

SİA-nın əldə etdiyi məlumata görə, guya o, bunu öz istəyi ilə edib.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağını yandıran televiziya dizayneri Aram Nikolyan işini tərk edib. Bu barədə Ermənistanın İctimai Televiziyasının direktoru parlamentdə çıxışı zamanı bildirib.

“Aram Nikolyan bir müddət əvvəl istefa məktubu yazıb, qalan suallar ona verilməlidir”.

Qeyd edildiyi kimi, Ermənistanın İctimai Televiziyasının direktoru Ovannes Movsisyan deyib bunu.

Yeri gəlmişkən, xatırladaq ki, vandalizm aktı aprelin 14-də törədilib. Belə ki, çempionatın açılış mərasimində baş nazir Nikol Paşinyan da iştirak edirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə