“Qərb artıq Kiyevin adekvatlığına şübhə etməyə başlayıb..?”

Bu arada rusiyalı xarici işlər naziri Sergey Lavrov Qərbi Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəis müavininin Rusiya prezidenti Vladimir Putinlə bağlı açıqlamalarına görə cavab verməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Zarubin” Telegram kanalı yayıb.

Qeyd edək ki, Sergey Lavrov ABŞ və Britaniyanı “kuklaçılar” adlandırıb və vurğulayıb ki, onların rəhbərliyi artıq Kiyevin hərəkətlərinin qeyri-adekvatlığını görməməzliyə vura bilməz.

Onu da qeyd edək ki, Kremlin səbrinin son damlası Ukrayna kəşfiyyatının Putinin agentliyin hədəfi olduğunu açıqlaması oldu.

...Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitskinin belə bəyanatlarından sonra Ukraynanın bu qondarma liderlərinə qarşı sanksiyalar tətbiq edilməlidir.

Bu Lavrovun mövqeyidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə