Rusiyada 4,4 bal gücündə zəlzələ oldu

Rusiyanın Krasnodar diyarında 4,4 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən bildirilib.

Məlumata əsasən, zəlzələnin episentri Tuapse şəhərindən 8 km cənubda, ocağı isə 5 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar 13 yaşayış məntəqəsində hiss olunub.

Qeyd olunub ki, xəsarət alan və ölən yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə