Bazar günü Türkmənistanda parlament seçkiləri keçiriləcək

Türkmənistanda bazar günü, martın 26-da keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlıqlar aparılır.

SİA-nın əldə etdiyi məlumata görə, türkmənlər 26 martda parlamentə 125 deputat ilə ictimai işlər və yerli hakimiyyət orqanlarının nümayəndələrini seçmək üçün səs verəcəklər.

Parlament seçkilərində 3 siyasi partiyanın və vətəndaş təşəbbüs qrupunun, yəni Türkmənistan Demokrat Partiyası, Türkmənistan Sənayeçi və Sahibkarlar Partiyası və Türkmənistan Kənd Təsərrüfatı Partiyasının namizədləri mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə