"Rusiyaya qarşı sanksiyalar və kollektiv təzyiq güclənəcək"

Avropa İttifaqı liderləri heç bir yeni tədbir görmədikləri sammit keçirərək müxtəlif sahələrdə Rusiyaya qarşı təzyiqlərin davam etdirilməsinə çağırıblar.

SİA-nın əldə etdiyi məlumata görə, burada söhbət yeni sanksiyalardan, neftin qiymətinin tavanından, informasiya müharibəsindən gedir.

Beləliklə, cümə axşamı günü Brüsseldə keçirilən sammitdə verilən bəyanata görə, Avropa İttifaqı Rusiyaya təzyiq göstərməyə və yeni sanksiyalar tətbiq etməyə davam edəcək.

Ötən gün Avropa İttifaqı ölkələrinin liderləri sammit keçirib və təbii ki, müzakirələr Rusiyadan eləcə də ona qarşı məhdudiyyətlərdən gedib.

Avropa İttifaqının yaydığı bəyanatda təşkilatın Rusiyaya qarşı kollektiv təzyiqin artırılmasına sadiq qaldığı bildirilib. Qeyd edilib ki, təzyiqlərin həyata keçirilməsi yeni sanksiyaların tətbiqi və köhnə sanksiyalara daha sərt əməl olunması ilə ifadə olunacaq.

Həmçinin sammitdə Rusiya neftinin qiymətlərinin yuxarı həddi üzərində işlərin davam etdirilməsi də qərara alınıb.

Bu hələ azmış kimi, Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlərin effektivliyi məsələsi vacib və aktual adlandırılıb.

Avropa liderləri bununla yanaşı “yanlış rus rəvayətləri və dezinformasiya” ilə mübarizə səylərini gücləndirmək qərarına gəliblər.

Xatırladaq ki, onuncu anti-Rusiya sanksiyalar paketi Avropada fevralın sonunda xüsusi hərbi əməliyyatın başlanmasının ildönümü şərəfinə qəbul edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə