Hamilə qadın dağıntılar altında uşaq doğub

Episentri Kahramanmaraş olan zəlzələdən zərər çəkən Suriyada axtarış-xilasetmə işləri davam edir

Suriyanın Hələb şəhərində davam edən qurtarma işləri zamanı hamilə qadın dağıntılar altında uşaq dünyaya gətirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, xilasetmə qrupları körpənin sağlam olduğunu, ananın isə həyatını itirdiyini bildirib.

Episentri Kahramanmaraş olan zəlzələdən zərər çəkən Suriyada axtarış-xilasetmə işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə