Hamilə qadın dağıntılar altında uşaq doğub

7 Fevral 2023 19:21 (UTC+04:00)

Suriyanın Hələb şəhərində davam edən qurtarma işləri zamanı hamilə qadın dağıntılar altında uşaq dünyaya gətirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, xilasetmə qrupları körpənin sağlam olduğunu, ananın isə həyatını itirdiyini bildirib.

Episentri Kahramanmaraş olan zəlzələdən zərər çəkən Suriyada axtarış-xilasetmə işləri davam edir.