Ukrayna Müdafiə Nazirliyində audit aparılır

Ukrayna Müdafiə Nazirliyi dövlət satınalmaları departamentinin daxili auditini həyata keçirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.ə

"Biz bütün satınalma sistemlərini yoxlayan daxili auditə başladıq. O, hələ də işləyir. Düşünürəm ki, bir həftə ərzində bütün prosedurlar tamamlanmalıdır", - Reznikov vurğulayıb.

O əlavə edib ki, Ukrayna Müdafiə Nazirliyinin təşəbbüsü ilə paralel olaraq Hesablama Palatası idarənin dövlət auditinə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə