ABŞ Yaponiya ərazisində raketlər yerləşdirir

Ağ Ev Çinlə regional güc balansını qorumaq üçün Yaponiyadan orta mənzilli raketləri yerləşdirməyi xahiş edib. SİA-nın əldə etdiyi məlumata görə, xəbəri Yaponiyanın “Sankei Shimbun” qəzeti Tokio və Vaşinqtondakı mənbələrə istinadən yayıb.

Qeyd olunur ki, onlar raketləri Sakit okeanda “birinci ada zənciri”nə yerləşdirmək istəyirlər. Şərti olaraq, bu zəncirə Yapon arxipelaqının özü, həmçinin Rusiyanın Kuril adaları, Ryukyu və Tayvan və bir sıra digərləri daxildir.

Onu da qeyd edək ki, burada söhbət təkcə “Tomahawk” yerüstü qanadlı raketlərdən deyil, həm də hələ də inkişaf etdirilən LRHW hipersəs raketlərindən gedir.

Nəşrin məlumatına görə, raketlərin yerləşdirilməsi ilə bağlı danışıqlar təxminən 3-4 ildir ki, davam edir.

Mənbələr bildirirlər ki, sonda Tokio orta mənzilli raketlərin yerləşdirilməsinə razılıq verib.

Belə ki raketlərin Kyuşu adasında yerləşdiriləcəyi deyilir.

Xatırladaq ki, bundan əvvəl Vaşinqtonun Yaponiyada orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etdiyi bildirilirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə