Koreya atom reaktorlarının tikilməsi üçün Türkiyəyə müraciət etdi

“Yonhap” informasiya agentliyi xəbər verir ki...

Cənubi Koreya elektrik enerjisi korporasiyası KEPCO-nun baş direktoru Çon Son İl Türkiyədə ümumi həcmi 30 milyard dollar dəyərində dörd atom reaktorunun tikilməsi üçün bu ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzə müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, “Yonhap” informasiya agentliyi xəbər verir ki, Cənubi Koreyanın təqdim etdiyi sənəddə layihənin həyata keçirilməsi ilə bağlı ayrıntılı plan yer alıb. Koreyalılar bu il tikintinin texniki-iqtisadi əsaslandırılmasını hazırlamalı və tərəflər müqavilə imzalamalıdır.

Xatırladaq ki, KEPCO Türkiyənin şimalında atom elektrik stansiyasının tikilməsinə dair rəsmi Ankara ilə danışıqlara 2022-ci ildə başlayıb. Reaktorlar 1400 MVt elektrik enerjisi istehsal edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə