İsraildə sinaqoqa silahlı hücum zamanı 5 nəfər ölüb

İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Polis hadisəni terror hücumu adlandırıb.

Qeyd olunub ki, terrorçu zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə