İranda 115 hərbçi xalq etirazlarına dəstək verdiyinə görə həbs edilib. SİA xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, bu məlumat SEPAH-a bağlı "Fars" xəbər agentliyinə aid məxfi sənədlərdə öz əksini tapıb.

Qeyd edək ki, bu ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra İranı etirazlar bürüyüb.

Bütün xəbərlər Facebook səhifəmizdə