İranda 115 hərbçi həbs olunub

4 Dekabr 2022 16:13 (UTC+04:00)

İranda 115 hərbçi xalq etirazlarına dəstək verdiyinə görə həbs edilib. SİA xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, bu məlumat SEPAH-a bağlı "Fars" xəbər agentliyinə aid məxfi sənədlərdə öz əksini tapıb.

Qeyd edək ki, bu ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra İranı etirazlar bürüyüb.