Alimlər yeni bir ilkə yenidən imza atıblar. CES 2013-də sərgilənən Displair hər hansı bir şüşə ekran olmadan havada virtual toxunma ilə ekran yarada bilmə xüsusiyyətinə sahibdir.
Bu işi su zərrələri və proyeksiya ilə edən bu maraqlı cihaz bununla da qalmır və havadakı toxunmaları qəbul edə bilir. Yəni, hər hansı şüşə olmadan qarşılıqlı ünsiyyət mümkündür.
Displairin ekranı havadan meydana gəldiyi üçün digər sensor ekranlar kimi çirklənmə və barmaq izi buraxma kimi problemlər də aradan qalxır.
Qeyd edək ki, Displairin 2013-cü ilin ikinci rübündən istifadəçilərə təqdim edilməsi gözlənilir. Cihaz 10.000 dollar kimi yüksək qiymət ilə satışa çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB