Bu gün ATƏT-in Bakı Ofisi elektron hökumətdə nailiyyətlərin qiymətləndirilməsinə dair seminar təşkil edib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respubklikası Rabitə və İnformasiya texnologiyaları nazirliyinin və ATƏT-in Bakı ofisinin nümayəndələri iştirak edib.
ATƏT-in Bakı ofisi ətraf mühit və iqtisadiyyat şöbəsinin müdiri Emonuel Hansunki deyib ki, Azərbaycanda elektron hökumətin qurulması və inkişafı sürətlənməkdədir. Azərbaycan Respublikasının Prezidentinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması barədə imzaladığı sərəncamın elektron hökumətin təkmilləşməsində mühüm rol oynadığını vurğulayan ATƏT nümayəndəsi, təşkilatın apardığı bu manitorinq Azərbaycanda elektron hökumətin yaradılması sahəsində inkişafa dəstək olacağını deyib: "Bu sahənin inkişafı həm korrupsiya faktının aradan qalxmasına dəstək olacaq, həm də vətəndaşlarla hökumət arasındakı dioloqları möhkəmlkəndiriləcək. Azərbaycanda elektron hökumətin yaradılması nəticəsində bir sıra qurumlarda - Vergilər Nazirliyində, gömrük və miqrasiya xidmətlərində korrupsiya hallarının azalmasının şahidi olmuşuq".
Emonuel Hansunki onu da qeyd edib ki, ATƏT ölkə Prezidentin imzaladığı sərəncamla bağlı manbitorinq aparıb. Məlum olub ki, sərəncamın yalnız 10%-i həyata keçirilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev bildirib ki, bu monitorinq Azərbaycanın elektron hökumətinin sürətləndirilməsinə yardım kimi qiymətləndirir: "Ümumiyyətlə ölkədə elektron hökumətin qurulması üçün bir sıra amillərə ehtiyac duyulur ki, bunlar da hüquq azadlığı, infarstruktur mövcudluğu, vətəndaşların beynəlxalq internetə çıxışında geniş imkanlara sahib olması, əhalinin yüksək səviyyədə kompyuter savadlılığının olması və ən başlıca dövlət orqanlarının informasiya texnologiyaları ilə təmin olunmasıdır. Bununla bağlı bu gün Azərbaycanda geniş infrastruktur yaradılıb və onun inkişafı sayəsində ölkənin internətə çıxış meqabiti 200-ə çatdırılıb. Bu layihənin də elektron hökumətin inkişafına təkan verəcəyinə inanıram".
Qeyd olununb ki, bu sahədə ölkə Prezidentinin imzaladığı sərəncamlar mühüm əhəmiyyətə malikdir. Tədbir aparılan manitorinqin müzakirəsilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB