"Artıq "Azercell"-dən sonra "Bakcell"-də 4G xidmətinin veriləməsinə hazırdır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
O bildirib ki, "Bakcell"-in vətəndaşlara 4G xidmətini göstərə bilməməsində əsas problem odur ki, mobil operator tənzimləyici orqan kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qoyduğu tələbləri sona qədər qəbul etmir: "Lakin buna baxmayaraq, "Bakcell"-də son texniki məsələlər həll olunur. Artıq o da gələn ildən 4G xidmətlərini göstərməyə başlayacaq".
Nazir nömrələrin də daşınması ilə bağlı məlumat verib: "Nömrələrin daşınması ilə bağlı hələ də müəyyən texniki məsələlər var. Biz bu məsələlərin həllini daha da intensivləşdirmişik. Gələn ildən başlayaraq artıq nömrələrin daşınmasına başlanılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB