Nar Mobile ən son yeniliklərini təqdim edib

Nar Mobile ən son yeniliklərini təqdim edib

Nar Mobile mobil operatoru "İteca Caspian" şirkətinin keçirdiyi "Bakutel-2012" 18-ci Azərbaycan Beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" sərgisində iştirak edib. Mobil operator hər il olduğu kimi bu il də son yeniliklərini nümayiş etdirib. SİA-nın məlumatına görə, sərginin ilk günü açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nar Mobile-ın stendi ilə tanış olub. İlk dəfə olaraq Nar Mobile tərəfindən OnAir ilə birgə təqdim edilən layihə çərçivəsində, artıq "Azal"a məxsus təyyarələrdə səyahət edən sərnişinlərin tam mobil rabitə xidmətindən istifadə etməsi barədə məlumat verildi. Daha sonra bu xidmətin başlanğıc rəmzi olan "İlk zəng"-in olunması üçün mobil telefon ölkə başçısı cənab İlham Əliyevə təqdim edildi. Prezident "Azal" Hava Yollarının Bakı – Paris reysi ilə texniki məşqə gedən Olimpiya çempionumuzla telefon bağlantısı qurdu və ona uğurlar arzu etdi.

"Bu gün biz Nar Mobile şirkəti olaraq sayca beşinci dəfədir ki, Bakutel sərgisində iştirak edirik. Hər il olduğu kimi bu il də biz yeniliklərimizi və əldə etdiyimiz ən son nailiyyətlərimizi nümayiş etdiririk. Son illər Azərbaycanın İKT sahəsin çox sürətlə irəliləyir və burada Nar Mobile şirkətinin özünəməxsus yeri var. Xatırladım ki, məhz biz Azərbaycana ilk dəfə olaraq 3G mobil rabitə xidmətini təklif etdik. Artıq təyyarələrdə mobil rabitə xidmətini göstərməyə hazırlaşırıq. Məhz bu kimi xidmətlərimiz bizi hər zaman innovativ şirkət olduğunu göstərir. Lakin bu son deyil, qarşıda dəyərli abunəçilərimizi daha maraqlı layihələr və xidmətlər gözləyir" – deyə Azerfon telekommunikasiya şirkətinin Biznesin İnkişafı və Kommunikasiyalar şöbəsinin İcraçı Direktoru Leyla Nəsrullayeva bildirib.

Qeyd edək ki, Nar Mobile "İteca Caspian" şirkətinin keçirdiyi bütün sərgilərin kommunikasiya tərəfdaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə