"SplashData" şirkəti ən populyar şifrələrin reytinqini təşkil edib. "Password" sözü reytinqdə birinci yerdə qərarlaşıb. "123456" və "12345678" simvol yığımları isə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.
Populyar şifrələr əksər hallarda adi sözlərdən ibarət olur.
Bu isə təhlükəsizlik üzrə mütəxəssislərin tövsiyələrinə ziddir. "Monkey" sözü reytinqdə altıncı, sonrakı yerlərdə "letmein", "dragon" və "111111" şifrələri qərarlaşıb. Qeyd etməyə dəyər ki, statistika ingilis dilində danışan istifadəçiləri əhatə edir. "password1", "welcome", "ninja", "mustang" və "jesus" sözləri siyahıya ilk dəfə daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB