"Biz bu oyunda bir xal qazandıq". SİA xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov heç-heçə hesabla bitən "Qarabağ" - "Olimpiakos" matçından dərhal sonra keçirilən mətbuat konfransında qeyd edib.
Qurban Qurbanov bildirib ki, rəqib komanda da bir xal qazanıb: "Düşünürəm bir xal belə olsa mühüm əhəmiyyət kəsb edir. Mən komandamdan razı qaldım. Bizim nə kuboklarımız çoxdur, nə də futbol ölkəsi deyilik. Hər bir futbolçu nəticələrlə barışmalıdır".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB